Müxalifətdə fikir ayrılıqları başlayır-AXCP sədrliyinə sabiq namizəd Milli Şuradan çıxarılıb
15.09.2016 648 0.0 0

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədrliyinə sabiq namizəd Sahib Kərimli Milli Şuradan xaric edilib.

"Report"un xəbərinə görə, bu barədə qərar Milli Şuranın Koordinasiya Mərkəzinin iclasında qəbul olunub.

Onun Milli Şuradan çıxarılmasına səbəb keçirilən mitinqlərin əleyhinə təbliğat aparması olub.

Qeyd edək ki, S.Kərimli Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) üzvüdür. O, AXCP-nin sonuncu qurultayına qədər partiyanın Rəyasət Heyətinin üzvü olub, qurultayda partiya sədrliyinə namizədliyini irəli sürüb.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar