Müsavat-ADR münasibətləri yenidən kəskinləşir-Məclis sədri Müsavat üzvlərinə müraciət etdi
20.03.2015 998 0.0 0

Müsavat Partiyasının Məclisinin sədri Nüşabə Sadıqlı başqanlığa sabiq namizəd, partiyadan kənarlaşdırılan Qubad İbadoğlunun sədri olduğu Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatında təmsil olunan partiya üzvlərinə müraciət edib.

 

N. Sadıqlı açıqlamasında partiya üzvlərinin iki qurumdan birini – ya ADR-i, ya da Müsavatı seçməli olduqlarını vurğulayıb: “Azərbaycan Demokratiya və Rifah Hərəkatı indi ictimai təşkilat olsa belə, gələcəkdə partiyaya çevriləcək. Ona görə də mən müsavatçılara müraciət etmək istəyirəm ki, ya ADR-i, ya da Müsavatı seçsinlər. Həm Müsavatda, həm də ADR-də olmaq mümkün deyil. Həm də ADR-in müxalifyönlü və ya iqtidaryönlü təşkilat olacağı da məlum deyil”.

 

N. Sadıqlı qeyd edib ki, Q. İbadoğlu və tərəfdarlarının ADR-i yaratmaqda məqsədi Müsavatı parçalamaq idi və bu istiqamətdə də fəaliyyətlərini davam etdirirlər: “Ona görə də müsavatçılar özləri seçim edib, ya ADR-i, ya da Müsavatı qəbul etməlidirlər. Əvvəldən Qubad İbadoğlu və tərəfdarları istəyirdilər ki, Müsavatı parçalamaq görüntüsü yaradaraq, ona alternativ qurum yaratsınlar”.

 

ADR Hərəkatının sədr müavini, Müsavat Məclisinin üzvü Vurğun Əyyub isə açıqlamasında N. Sadıqlının fikirləri ilə razılaşmayıb, hərəkatın Müsavata alternativ  yaradıldığı barədə arqumentlərini əsassız adlandırıb: “Müsavatın strukturları, yəni İcra Aparatı, Mərkəzi Nəzarət-Təftiş Komissiyası və digər orqanlar başqa partiyalarda da var. Məncə, Nüşabə Sadıqlının bu yanaşması sadəcə, irad bildirmək xatirinədir”.  /apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar