Murad Dadaşov: «Ailə qurduqdan sonra bu imkanımı itirmişəm»
20.03.2015 1042 0.0 0

Əməkdar artist Murad Dadaşov yaşı artıqca daha da xoşbəxt olduğunu deyib.

Axşam.az-ın məlumatına görə, şoumen ailə qurduqdan sonra daha da dəyişdiyini bildirib:
“Həyatda kifayət qədər varlı insan tanıyıram: maşınları, evləri. Amma bunun arxasında başqa şeylər var. İnsanlar elə düşünürlər ki, belə varlı adamlar xoşbəxtdirlər. Xeyr. Xoşbəxtlik başqa hissdir. Mən yaşlandıqca daha xoşbəxt oluram. Son illər ailə qurmağım mənə daha çox zövq verir. Övladlarım dünyaya gəldikdən sonra onlarla yaşayıram. Ailə qurduqdan sonra həyatımda bircə şey dəyişdi: insan hərdən özü ilə tək qalmaq istəyir. Bircə bu imkanımı itirmişəm”./milli.az/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar