Mühafizə əməkdaşları iş başında adam güllələdi
18.04.2015 732 0.0 0

Dəmir yolu parkını mühafizə edən vəzifə səlahiyyətlərini aşmış mühafizə əməkdaşları tutulub.

Qazeta.info Daxili İşlər Nazirliyinə istinadla bildirir ki, aprelin 15-də Sumqayıt şəhərinin ərazisində Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyətinin Mühafizə İdarəsinin əməkdaşları T.Ağabəyovun və A.Mursayibovun mühafizə etdikləri Şirvan deposunun dəmir yolu parkının ərazisinə daxil olmuş R.Qurbanovun istiqamətində tabel silahından atəş açmaları və sonuncunun ölməsi faktı ilə əlaqədar 16.04.15 tarixdə şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) və 309-cu (vəzifə səlahiyyətlərini aşma) maddələri ilə cinayət işi başlanmışdır.

Sumqayıt ŞPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində T.Ağabəyov və A.Mursayibov tutulmuş, hadisəni törədərkən istifadə etdikləri 2 ədəd xidməti “Revolver” tipli  tapança götürülmüşdür.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar