Müğənnilər toylardan nə qədər qazanırlar? - SİYAHI
19.03.2015 734 0.0 0

Bu gün toylarımızı dəvət etdiyimiz müğənnilərin toy qiymətləri həqiqətən də dodaq uçuqladır. Bu qiymətlərə nəzər saldıqda insanın gözü odlanır, nitqi tutulur - 12 minə, 10 minə, 8 minə, 6 min manata gedən kim, onların pulunu çatdıran kim...

Görəsən, bu müğənnilərimiz dövlətə olan vergi borclarını necə ödəyə bilirlərmi? Məsələ ilə bağlı
Azadinform-a danışan Vergilər Nazirliyinin Analitik İnformasiya şöbəsinin rəisi Şahin Məmmədov bildirib ki, Vergilər Nazirliyi istər müğənnilər, istərsə də şou-biznes fəaliyyəti ilə məşğul olan digər sәnət adamları ilə bağlı müntəzəm olaraq maarifləndirmə və nәzarət tədbirləri keçirir, vergidәn yayınanlara xəbərdarlıqlar göndərir: 

“Lakin həqiqətən də, bu fəaliyyət sahiblərinin vergi öhdəliklərinə tam və könüllü əməletmə səviyyәsi qənaətbəxş hesab oluna bilməz. Büdcədən yayındırılmış vergi məbləğinin həcmindən asılı olaraq belələrinə qarşı müvafiq inzibati tədbirlər görülür. Kimin hansı dərəcədə məşhurluğundan asılı olmayaraq, vergiləri tam və vaxtında ödəmək öhdəliyi hamı üçün eynidir. Buna məhəl qoymayanlar isə gec-tez ciddi sanksiyalarla, eləcə də digər məsuliyyətə cəlbetmә tədbirləri ilə üzləşirlər. Hazırda şou-biznes fəaliyyəti ilə məşğul olan və vergi orqanında qeydiyyatda olan şəxslərin sayı 1086 nəfərdir. Şadlıq evləri ilə bağlı məsələyə gəlincə, bu sahə də daim vergi nəzarətində saxlanılır. 2015-ci ilin yanvar-fevral ayları üzrə belə obyektlər tərəfindən dövlət büdcəsinə daxilolmaların həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 8,5 faiz artıb”.

Qeyd edək ki, ciddi cəhdlərimizə və bir neçə gün gözləməyimizə baxmayaraq Vergilər Nazirliyindən hansı müğənninin nə qədər vergi ödədiyi və yaxud da borclu olduğu barədə konkret rəqəmlər əldə edə bilmədik. Nazirliyin şöbə rəisi Şahin Məmmədov yalnız yuxarıda dedikləri ilə kifayətləndi. Azadinform isə müxtəlif mənbələrdən, xüsusən də “toy işi”nə baxan bəzi prodüserlərdən müğənnilərin toy qiymətləri ilə bağlı öyrəndiyi siyahını təqdim edir:

Faiq Ağayev - 12.000 manat

Brilliant Dadaşova - 10.000 manat

Abbas - 10.000 manat

Nadir Qafarzadə - 10.000 manat

Nazpəri - 10 000 manat

Ramal -10.000 manat

Elton - 8000 manat

Xatirə İslam - 6 000 manat

Aygün Bəylər - 6 000 manat

Cabbar və Könül - 6 000 manat

Təranə və Musa - 6000 manat

Mətanət İsgəndərli - 6 000 manat

Zamiq - 6 000 manat

Vasif Məhərrəmli - 6 000 manat

Səməd Səmədov - 6000 manat

Manaf Ağayev - 5 000 manat

Ayaz Qasımov - 5 000 manat

Samir Piriyev - 5 000 manat

Elçin Cəfərov - 5000 manat

Xəyyam Nisanov - 5 000 manat

İzzət Bağırov - 5000 manat

"Şeron" qrupu - 4000 manat

"Qala" qrupu - 4000 manat

Emil Bədəlov - 4000 manat

Elvin Abdullayev - 4000 manat

Şəbnəm Əsədova (Tovuzlu) - 4000 manat

Elariz - 4000 manat

Elçin Hüseynov - 4000 manat

Kərim - 4 000 manat

Nüşabə Ələsgərli - 4 000 manat

Almaz Ələsgərova - 4 000 manat

Baloğlan - 4 000 manat

Elnarə Abdullayeva - 4 000 manat

Cavanşir - 3 500 manat

Könül Xasıyeva - 3 000 manat

Zemfira İbrahimova - 3000 manat

Xatun - 3 000 manat

Toyda 30 dəqiqəlik çıxış:

Röya - 6000 manat

Aygün Kazımova - 5 000 manat

Brilliant Dadaşova - 4 000 manat

Faiq Ağayev - 4 000 manat

Abbas Bağırov - 3000 manat

Zamiq - 3000 manat

Nadir Qafarzadə - 3000 manat

Rəqsanə - 2 500 manat

Sevda Yahyayeva - 2500 manat

Cabbar-Könül - 2 500 manat

Xumar Qədimova - 2 000 manat

Tünzalə Ağayeva - 2 000 manat

Rəhim Rəhimli - 2 000 manat

Nüşabə Ələsgərli - 2 000 manat

Təranə Musayeva - 2 000 manat

Elnarə Abdullayeva - 2 000 manat

Manaf Ağayev - 2 000 manat

Xatirə İslam - 2 000 manat

Mənsum İbrahimov - 2 000 manat

Səidə Sultan - 1500 manat

Xuraman Şuşalı - 1500 manat

Vasif Məhərrəmli - 1500 manat

Xəyyam Nisanov - 1500 manat

İzzət Bağırov - 1500 manat

Aşıq Əli - 1 500 manat

Şəbnəm Əsədova (Şəmkirli) - 1500 manat

Aşıq Telli - 1 500 manat

Leyla Ramazanlı - 1500 manat

Almaz Ələsgərova - 1 000 manat

Könül Xasıyeva - 1 000 manat

Xatun - 1 000 manat

Səməd Səmədov - 1 000 manat

Ayan - 1 000 manat

Elariz - 1 000 manat

Zöhrə Abdullayeva - 1 000 manat

Teymur Əmrah - 1 000 manat

Nura Suri - 1 000 manat

Zemfira İbrahimova-1000 manat

Rüfət Axundov - 1000 manat

Zabit Nəbizadə - 1000 manat

Faytonçu Nazim - 1000 manat

 

Mənbə: /milli.az/


Digər xəbərlər:
Şərhlər
avatar