Müğənni onu atan anası qarşısında diz çökdü
06.04.2015 1033 0.0 0

Tanınmış müğənni Doğuş illər əvvəl onu atan anasının qarşısında diz çökdü. Məlumata görə, ANS-də yayımlanan "A-dan Z-yə" şousunun növbəti qonağı olan tanınmış türk müğənnisi Doğuş olub. 

ANS TV-də Zaur Nəbioğlunun təqdimatında yayımlanan verilişdə türk müğənnisi bu günə kimi şəxsi həyatı ilə bağlı danışmadıqlarını dilə gətirib. Körpəikən uşaq evinə atılan, sonradan küçələrdə böyüyən Doğuş elə türk filimlərinə bənzəyən həyatını danışarkən pul qazanmaq üçün hər bir işlə məşğul olduğunu və həyatın hər üzünü gördüyünü deyib. 

"Bu həyatda çox səhvlər etmişəm, ən çox səhvlərim isə 16 yaşa kimi olub. Amma 16 yaşdan sonra anladım ki, səhv yoldayam və düz yola gəldim. Şükür ki, indi o səhvləri təkrar etmirəm".

Uşaq yaşlarında oğlundan imtina edən ifaçının anası da verilişin qonağı olub. O, studiyada oğluna qarşı etdiyi səhvləri etiraf edib. "O zaman çox gənc idim, atam məni məcbur Almaniyaya apardı və məcbur ikinci dəfə ərə verdi. Məni körpə oğlumdan ayırdılar. Gizli-gizli onun şəkillərinə baxıb ağlayırdım və imkan düşən kimi İstanbula qaçıb onu axtarırdım. Bütün günü oğluma görə dua edirdim. Hansı ana istəyər ki, övladından uzaq qalsın? Mən o ağrılı günləri xatırlayanda pis oluram. Şükür indi oglum öz ayaqları üstündə möhkəm dayanır". 

İfaaçı anasını bağrına basaraq nə səhv də etsə anası olduğunu deyib. O, deyib ki, anaların heç bir günahı olmaz. "Mənim də anamın həmçinin. O mənim atamdan çox zərbələr görüb. İkinci həyat yoldaşı məni istəməyib. Anamın dualları olmasaydı bu gün ayaqda olmazdım. Çünki məni dəfələrlə bıçaq və ya silahla vurublar. Onun duası məni qoruyub. Xahiş edirəm keçmişimə görə anamı günahkar bilməyin", deyərək anasına mahnı ifa edib və qarşısında diz çöküb. /anspress/

 

 

 

 

 

 

 

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar