Müğənni donundan heç kimdə olmasın deyə elə addım atdı ki...(FOTO)
20.07.2015 939 0.0 0

Türk sənət musiqisinin divası hesab edilən Bülənt Ersoy bayram günlərində də özündən danışdırmağı bacarıb. Bayram günlərində Türkiyənin və Kiprin ən tanınmış məkanlarında səhnə alan müğənni geyimi ilə seçilib. 

Daha doğrusu atdığı addımla. Məlumata görə, Bülent Ersoy bayrama özəl hazırlatdığı geyimin parçasından heç kimdə olmaması üçün xərcdən çəkinməyib. O, iri gülləri olan parçadan nə az, nə çox düz 180 metr alıb. Bu parça üçün isə 50 min lirə (təqribən 25 min manat) ödəyib. 

Dərzilərinin gecə gündüz işləməsi nəticəsində o bayram geyimini 10 günə tikdirə bilib. 

Səhnəyə çıxan Ersoy donu ilə bağlı açıqlama verməyi də unutmayıb. "Bu parçanı çox bəyəndim. Məndən başqa heç kim geyinməsin deyə bütün parça topunu aldım". 

Bayramöncəsi alış veriş üçün moda evlərindən birinə üz tutan sənətçi bir neçə saat orada qalmışdı. Bu parçanı da məhz saatlarla apardığı yoxlamalarından və axtarışlarından sonra seçə bilib. 
İfaçı moda evində olduğu müddətdə məkan heç kimə xidmət göstərməyib. 

 

 

Divanın sərvət ödədiyi donu

 

 

Ersoy səhnədə oturaq vəziyyətdə ifa edib.

 

 

 

Qeyd edək ki, tanınmış otellərin birində səhnə alan diva çıxışı boyu oturmuş formada olub. O, mahnılarını səhnəyə qoyulan yumşaq stulda oturaraq səsləndirib.

B. Ərsoy adətən öz seçimləri ilə fərqlənməyi bacarır. Bundan öncə o səhnəyə toyuq dərisini xatırladan tüklü parçadan hazırlanan geyimdə və başqa fərqli paltarlarda da çıxıb.  /anspress/

 

 

B.Ərsoy ötən il dövlət televiziyasının efirinə tüklü geyimdə çıxıb

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar