Müdafiə Nazirliyinin idarə rəisi həbs edildi
21.02.2022 264 0.0 0

Müdafiə Nazirliyinin daha bir yüksək vəzifəli şəxsi həbs edilib.

Hərbi mənbələrdən “Qafqazinfo”ya verilən özəl məlumata görə, Müdafiə Nazirliyinin Satınalmalar və Təchizat İdarəsinin rəisi, polkovnik Qurbanov Məlikməmməd Oruc oğlu saxlanılıb. O, Hərbi Prokurorluğun Ağır Cinayətlərə dair İstintaq İdarəsi tərəfindən cinayət məsuliyyətinə cəlb edilib.

Polkovnik M.Qurbanov dövlətə 3,5 milyon manat maddi ziyan vurmaqda ittiham edilir.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar