Müdafiə Nazirliyi vurulan erməni pilotsuz uçuş aparatının adını açıqladı-FOTOLAR
15.09.2015 469 0.0 0

Ermənistan Silahlı Qüvvələrinin məhv edilən pilotsuz uçan aparatı X-55 (Ptero - 5E) tipinə aiddir
Qazeta.info Müdafiə Nazirliyinə istinadla bildirir ki, dəqiqləşdirilmiş məlumata görə bu gün cəbhənin Ağdam rayonu istiqamətində Hərbi Hava Qüvvələrimizin hava hücumundan müdafiə bölmələri tərəfindən Ermənistan Silahlı Qüvvələrinə məxsus məhv edilən kəşfiyyat məqsədli pilotsuz uçan aparatı X-55 tipinə aiddir.
X-55 PUA-ın taktiki-texniki xüsusiyyətləri:
- Qanadların açılışı    3030 mm.
- Uzunluğu    2100 mm.
- Kreyser sürəti    85-115 km/saat
- Maksimal uçuş sürəti    180 km/saat 
- Havada qalma müddəti:
      elektrik mühərriki ilə    1.5 saat
      benzin variantında    8 saatadək
- Maksimal uçuş məsafəsi 130 km.
- Maksimal uçuş hündürlüyü    2000 m.
- Maksimal tətbiqetmə uzaqlığı    85 km.-dək 
- Qalxma üsulu    katapult
- Enmə üsulu    paraşüt

 

 

 

 

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar