Müdafiə nazirinin keçmiş müavininə 8 il iş verilib
22.04.2016 560 0.0 0

Bakı Ağır Cinayətlər Məhkəməsində müdafiə nazirinin sabiq müavini Mehman Səlimovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

 

Məlumata görə, hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən, M. Səlimov 8 il müddətinə azadlıqdan məhrum edilib.

 

Qeyd edək ki, dövlət ittihamçısı çıxışında  M. Səlimovun 10 il  müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

 

M. Səlimova qarşı Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə - külli miqdarda törədildikdə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələri ilə ittiham irəli sürülüb, barəsində həbs-qətimkan tədbiri seçilib./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar