Mübariz Qurbanlı:«Tərcümeyi-halını oxusan, dəhşətə gələrsən. Deyərsən, bu hara, din hara?»
17.04.2015 1048 0.0 0

"Azərbaycanda xanım din xadimlərinin çatışmazlığı var. Bu sahədə çatışmazlığı aradan qaldırmaq üçün işlər görülməlidir. Biz bununla bağlı Qafqaz Müsəlmanları idarəsi ilə danışacağıq".

Qazeta.info Trend-ə istinadla xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı bu gün “Milli-mənəvi və dini dəyərlər: Tarixilik, müasirlik” mövzusunda KİV rəhbərləri ilə təşkil edilən görüşdə söyləyib.

O bildirib ki, İslam Universitetində qızlar oxuyurlar, ancaq yenə də qadın din xadimləri çox azdır.

M.Qurbanlı deyib ki, ən çox xurafat qadın yas məclislərindədir: “Qadın məclisləri başdan-ayağa xurafatdır. O məclisi aparan qadının özünün tərcümeyi-halını oxusan, dəhşətə gələrsən. Deyərsən, bu hara, din hara?”


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar