Mübariz Mənsimovdan iddialara cavab: O gəmilərin `Palmali`yə aidiyyatı yoxdur
08.05.2019 567 0.0 0

Azərbaycanlı iş adamı Mübariz Mənsimovun sahib olduğu “Palmali” şirkətlər qrupunun daxilindəki gəmiçilik şirkəti İran neftinin Amerika sanksiyalarını yan keçməklə Suriyaya daşınması prosesində iştirak etməsi ilə bağlı xəbər yayılıb.

Xəbərdə iddia edilir ki, “Palmali”nin idarəçiliyi altında olan tankerlər 2015-2017-ci illərdə Suriyaya xam neft və neft məhsulları daşıyıb. Güya buna görə də ABŞ Maliyyə Nazirliyi son üç il ərzində Suriyaya qarşı tətbiq edilmiş embarqonun pozulması baxımından “Palmali”nin fəaliyyətini araşdırır.

Adı çəkilən şirkətlər qrupu yayılan xəbəri təkzib edərək bəyan edib ki, bütün bunlar şirkətin imicinə zərər vurmaq cəhdindən başqa bir şey deyil:

“Palmali”nin həyata keçirdiyi son investisiya layihələri bəlli olan insanları və qurumları qıcıqlandırmağa başlayıb. Elə ona görə də Azərbaycandan keçib indi də Türkiyədəki kiçik saytlar vasitəsilə yalan xəbərlər dərc etməyə başlayıblar ki, sonradan mənbə kimi göstərə bilsinlər. Bu, məqsədli şəkildə yazılan yalan xəbərdir. Bütün bunlar imicimizə zərər vurmaq və işlərimizdə problem yaratmaq üçün edilir. Bunun arxasında kimlərin dayandığını çox gözəl bilirik. Şirkət sanksiya qoyulan heç bir ölkə ilə işləmir və işləməyəcək. Amerikada da yeni ofisimizi açırıq, proses artıq başa çatmaq üzrədir. Bizdə hər şey qanun çərçivəsində və şəffaf işləyir. Elə ona görə də dünyanın ən böyük və etibarlı şirkətləri sırasında yer alırıq. Sanksiya tətbiq olunan şirkət ABŞ-da ofis aça bilər? Adı çəkilən gəmilərin heç birinin “Palmali”yə aidiyyatı yoxdur”.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar