Müavinət və təqaüd təyin olunması proseduru dəyişib
29.11.2016 1838 0.0 0

Nazirlər Kabineti “Sosial müavinətlərin, təqaüdlərin və kompensasiyaların təyin olunması üçün təqdim edilən sənədlərin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”na dəyişikliklər edib.
 
Məlumata görə, dəyişiklik  Azərbaycan prezidenti İlham Əliyevin “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin strukturunun optimallaşdırılması və “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” prezidentin 2011-ciil 16 fevral tarixli? 386 nömrəli fərmanında dəyişikliklər edilməsi barədə” 2016-cı il 24 iyun tarixli fərmanının icrası ilə bağlıdır. Həmin fərmana əsasən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Təminat Xidməti ləğv edilib. Beləliklə, "Sosial müavinətlərin, təqaüdlərin və kompensasiyaların təyin olunması üçün təqdim edilən sənədlərin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”na edilən dəyişikliklərə əsasən yaşayış yerini dəyişməklə əlaqədar müavinət, təqaüd və kompensasiya işinin qeydiyyatdan çıxarılması yeni yaşayış yeri üzrə Dövlət Sosial Müdafiə Fondunun şəhər, rayon şöbələrinin sorğusu əsasında aparılacaq. Yəni ləğv edilmiş Dövlət Sosial Təminat Xidmətinin şəhər, rayon əhalinin sosial müdafiəsi mərkəzlərinin bu sahədə səlahiyyəti Dövlət Sosial Müdafiə Fondunun şəhər, rayon şöbələrinə verilib.
 
Əvvəllər müavinət təyin olunmuş şəxsə pensiya təyin olunduqda, iş üzrə ödəniş pensiya təyin edildiyi gündən dayandırılıb və müavinət işi qeydiyyatdan çıxarılaraq müavinətdən tutulmalar olduqda, tutulmalara dair icra vərəqələri ilə birlikdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun yerli orqanlarına göndərilib. Sənədlərin surəti və göndərilmə qəbzi Dövlət Sosial Təminat Xidmətinin şəhər, rayon əhalinin sosial müdafiəsi mərkəzlərində saxlanılıb. İcra vərəqələrinin göndərilməsi haqqında icra qurumunun rəhbərinə və icra sənədini vermiş məhkəməyə və ya digər orqana məlumat verilib. Dövlət Sosial Təminat Xidmətinin ləğv edilməsi ilə əlaqədar bu prosedur da dəyişib. Müavinət təyin olunmuş şəxsə pensiya təyin olunduqda, iş üzrə ödəniş pensiya təyin edildiyi gündən dayandırılacaq və müavinət işi hərəkətdən çıxarılacaq. Müavinətdən tutulmalar olduqda, tutulmalar pensiyadan aparılacaq./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar