Müəllimə dərsə bu geyimdə gəldi - Şagirdlər ŞOK OLDU
25.12.2019 723 0.0 0

İspaniyada anatomiya müəlliməsi dərsə insan orqanizmini açıq şəkildə göstərən geyimdə gəlib.

Bildirək ki, 43 yaşlı ispaniyalı müəllimə insan anatomiyası dərsində şagirdlərə dərsi daha yaxşı izah etmək üçün xüsusi geyim geyinib. Müəllimə 8-9 yaş aralığında şagirdlərə dərs izah etmək üçün insan orqanları və əzələləri həkk olunmuş geyimi internetdə onlayn mağazadan satın alıb. Veronika adlı qadın geyimi haqqında deyib ki, ''Mən bilirdim ki, fərqli geyimim uşaqlar tərəfindən birmənalı qarşılanmayacaq. Lakin yenə də sınamağa dəyəcəyini düşündüm''.

Belə ki, müəllimə dərs izah etdiyi zaman onun fotolarını həyat yoldaşı çəkərək ''Twitter'' hesabında yayımlayıb. Foto qısa müddət ərzində 13 min nəfər tərəfindən yenidən yayımlanıb./olke.az/

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar