MTRŞ və ANS-in qarşılıqlı iddiası üzrə məhkəmə prosesi keçirilib
07.12.2016 604 0.0 0

Bu gün 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində MTRŞ ilə "ANS Müstəqil Yayım və Media" Şirkəti arasında "Abşeron" serialının çəkilişi üçün ayrılmış dövlət vəsaitinin təyinatı üzrə xərclənmədiyi üçün qaytarılmasına dair şikayətlə bağlı növbəti iclas keçirilib.
 
Məlumata görə, hakim İlham Əhmədovun sədrliyi ilə keçirilmiş iclasda məhkəmənin qərarına əsasən, eyni məsələ ilə bağlı olan, hakim Vüsalə Baxışovanın icraatında olan digər məhkəmə işi birləşdirilib.
 
Məhkəmə baxışı davam etdirilir.
 
Qeyd edək ki, MTRŞ “ANS Müstəqil Yayım və Media Şirkəti”ni məhkəməyə verərək "Abşeron" adlı serialın çəkilməsi üçün ayrılan 160 min manat vəsaitin, 8 min manatlıq cərimənin dövlət büdcəsinə geri qaytarılmasını tələb edib. MTRŞ ANS TV-nin Şuraya "Abşeron" əvəzinə, "Sevgi naminə" adlı serial təqdim etdiyini bildirib. ANS də bundan qarşılıqlı şikayət verib./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar