MTRŞ sədri ANS TV-nin tezliyi ilə bağlı məsələyə aydınlıq gətirib
31.08.2016 758 0.0 0

 Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli ANS TV-nin məhkəməyə müraciət etməsinə münasibət bildirib.

 

Məlumata görə, N.Məhərrəmli bildirib ki, məhkəmə hansı qərarı çıxaracaqsa, MTRŞ ona uyğun hərəkət edəcək.

 

N. Məhərrəmli bildirib ki, ANS TV-nin tezliyi ilə bağlı məsələyə də məhkəmə qərarından sonra baxıla bilər.

 

ANS TV-nin tezliyinin “Günəş” TV-yə veriləcəyi barədə məlumatlara da münasibət bildirən MTRŞ sədri bu məsələnin gündəmdə olmadığını deyib: "Hazırda “Günəş” TV öz tezliyində yayımlanır, digər tərəfdən “Günəş” TV regional televiziya kanalıdır. ANS TV-nin tezliyinin “Günəş” TV-yə aidiyyəti yoxdur. Ancaq məhkəmə qərar verəndən sonra tezlik məsələsinə baxıla bilər”.

 

N. Məhərrəmli yeni televiziya kanalının açılmasının gündəmdə olmadığını da bildirib./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar