MSK sədri: Prezident seçkilərini 115 beynəlxalq müşahidəçi izləyəcək
17.03.2018 819 0.0 0

Mərkəzi Seçki Komissiyasında (MSK) 115 beynəlxalq müşahidəçi akkreditasiyadan keçib.

Qazeta.info Trend-in məlumatına əsasən bildirir ki, bunu MSK sədri Məzahir Pənahov komissiyanın bu gün keçirilən iclasında deyib.

Onun sözlərinə görə, akkreditasiyadan keçən müşahidəçilər 36 ölkəni təmsil edir.

M.Pənahov qeyd edib ki, MSK-da akkreditasiyadan keçən yerli müşahidəçilərin sayı 615-dir.

O bildirib ki, ölkə üzrə akkreditasiyadan keçən müşahidəçilərin sayı isə 42 mindən artıqdır.

Qeyd edək ki, Azərbaycanda aprelin 11-nə təyin edilmiş prezident seçkilərində 8 nəfərin namizədliyi qeydə alınıb.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar