MSK sədri: `125 dairə üzrə 3675 məntəqə üzrə hesabat MSK-ya daxil olub`
11.04.2018 4923 0.0 0

"İndiyə qədər 125 seçki dairəsi üzrə 3675 seçki məntəqəsi üzrə hesabat Mərkəzi Seçki Komissiyasına daxil olub ".

 

Məlumata görə, bunu bu gün keçirilən mətbuat konfransında Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov bildirib.

 

MSK sədri deyib ki, bu, ümumi məntəqələrin 65 faizini təşkil edir: "Ümumilikdə 125 seçki dairəsi  üzrə 5641 seçki məntəqəsindən 3675 məntəqə, yəni məntəqələrin 65 faizi üzrə daxil olan məlumatlar seçkilərin ilkin nəticələrini elan etməyə əsas verir. Başqa sözlə, 2 milyon 667 min 220 bülleten sayılıb. Gecə saat 24.00-a qədər bütün məntəqələr üzrə protokolların daxil olacağını gözləyirik".

 

Qeyd edək ki, məntəqələrin 65 faizi üzrə ilkin nəticələrə əsasən İlham Əliyev  86,09 faiz, Qüdrət Həsənquliyev 3,4 faiz, Sərdar Cəlaloğlu 2,97  faiz, Zahid Oruc  3, 07 faiz, Hafiz Hacıyev 1,51  faiz, Araz Əlizadə 1,4  faiz, Fərəc Quliyev 1,18  faiz və Razi Nurullayev 0, 74 faiz səs toplayıb./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar