MSK beynəlxalq qurumları seçkiyə gətirməyə çalışır (VİDEO)
28.09.2015 530 0.0 0

Parlament seçkiləri ərəfəsində Mərkəzi Seçki Komissiyasının növbəti iclası baş tutdu.

ANS TV-nin məlumatına görə, MSK sədri Məzahir Pənahov 317 nəfərin namizədliyinin qeydə aIındığını, onların böyük əksəriyyətinin isə siyasi partiya təmsilçiləri olduğunu deyib.

Məzahir Pənahov həmçinin əvvəlki seçkilərlə müqayisədə 5-i çağırış parlament seçkiləri öncəsi xoşagəlməz halların azaldığını da deyib.

Bu da komissiyanın yerlərlə apardığı maarifləndirmə işlərinin nəticəsidir.

Beynəlxalq müşahidəçilərin noyabrın 1-də keçriləcək seçkiləri izləməsinə toxunan MSK sədri bunu müsbət hal adlandıraraq əhalinin onlara daha çox inandığını söyləyib.

“Bu da reallıqdır, bizim insanlar çalışırlar ki, beynəlxalq qurumlar bu proseslərdə iştirak etsinlər. Əhali onların dediklərinə daha çox inanır, nəinki eyni şeyi biz deyəndə. Onlar da məhz həmin şeyləri deyirlər. Biz çalışırıq ki, beynəlxalq qurumlar bu proseslərdə iştirak etsinlər”, - deyə MSK sədri Məzahir Pənahov fikrini açıqlayıb./anspress/

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar