MSK 3 partiyanın səlahiyyətli nümayəndələrini qeydə alıb
31.08.2015 745 0.0 0

Milli Məclisə seçkilərlə əlaqədar 5 milyon 250 min ədəd bildiriş hazırlanacaq

Bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında “2015-ci il noyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə səsvermənin yeri və vaxtı barədə seçicilərin məlumatlandırılmasına dair bildirişin mətni, forması, sayı və hazırlanması Qaydası” müzakirəyə çıxarılıb.
 
 
Qazeta.info APA-nın məlumatına əsasən bildirir ki, qayda barədə MSK sədrinin Natiq Məmmədov məlumat verib.
 
N. Məmmədov 5 milyon 250 min ədəd bildiriş hazırlanacağını bildirib. Qayda səsverməyə çıxarılaraq qəbul edilib.
 
İclasda YAP, Vətəndaş Həmrəyliyi Partiyası və Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) səlahiyyətli nümayəndələri qeydə alınıb, “Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”da dəyişiklik edilib. MSK bəzi dairə seçki komissiyaların tərkibində dəyişiklik də  edib.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar