Mozır neft emalı zavodunda yanğın olub
19.12.2016 788 0.0 0

Şənbə günü Belarusun Qomel vilayətində, Mozır neft emalı zavodunun ərazisində yanğın baş verib.
Xarici KİV-ə istinadən xəbər verilir ki, bu barədə ölkənin Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Yanğının söndürülməsinə 15 yanğınsöndürən maşın cəlb olunub. Yanğınsöndürənlər 50 kv.m ərazidə yanan vakuum qazoylu aşkar ediblər. Hadisə nəticəsində xəsarət alan olmayıb, texnoloji proses də zərər görməyib.
Hazırda yanğının başvermə səbəbləri araşdırılır./Report/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar