Mövlud Çavuşoğlu: Artıq ABŞ-ın bizə vəd, söz verməsini deyil, konkret addımlar atmasını istəyirik
16.02.2018 913 0.0 0

“Biz ABŞ-dan FETÖ, YPG-yə dəstək məsələsində mövqeyimizi ciddi şəkildə nəzərə almasını gözləyirik”.

Məlumata görə, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Ankarada ABŞ-ın dövlət katibi Reks Tillersonla birlikdə keçirdiyi mətbuat konfransında bildirib.

Nazir vurğulayıb ki, ABŞ və Türkiyə diplomatları martın ortalarında bir araya gəlib mövcud problemlərin aradan qaldırılması istiqamətində müzakirələri davam etdirəcəklər: “Artıq vəd, söz deyil, konkret addımlar atılmasını istəyirik”.

ABŞ-ın dövlət katibi Reks Tillerson isə deyib ki, rəsmi Vaşinqton Türkiyə ilə əlaqələrinə böyük əhəmiyyət verir: “Bu əlaqələrimizi gələcəkdə də inkişaf etdirəcəyimizə inanıram”./Report/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar