Mövlud Çavuşoğlu: `Türkiyə Suriyadakı rejimdən artıq heç bir təhlükə gözləmir`
12.12.2017 794 0.0 0

“Türkiyə Suriyadakı rejimdən artıq heç bir təhlükə gözləmir”.

Qazeta.info “Report”-a istinadla xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu dekabrın 12-də Ankarada keçirdiyi mətbuat konfransında bildirib.

XİN başçısı deyib ki, amma hazırda Suriya ərazisində fəaliyyət göstərən terror qruplaşmaları “PYD” və “YGY” Türkiyəyə təhdid yaradır: "Suriyadakı rejimlə müxalifət qruplarının mövqelərinin uzlaşması əhəmiyyətlidir. Bundan sonra Bəşşar Əsəd olacaqmı? Əsədin Suriyanı birləşdirəcəyini, Əsədli bir keçid hökumətinin də Suriyanı sözün əsl mənasında seçkiyə hazırlayacağını ehtimal etmirik” .


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar