Mouranın het-triki `Tottenhem`i UEFA Çempionlar Liqasının finalına yüksəltdi
09.05.2019 676 0.0 0

UEFA Çempionlar Liqasının sonuncu yarımfinal oyunu keçirilib.

Qazeta.info Trend-in məlumatına əsasən bildirir ki, "Tottenhem" klubu səfərdə "Ayaks" komandası ilə qarşılaşıb. İlk oyunda öz meydanında 0:1 hesabı ilə məğlub olan londonluları çətin matç gözləyirdi.

Oyunun 5-ci dəqiqəsində meydan sahiblərinin hesabı açması "Tottenhem"in işini daha da çətinləşdirdi. Fərqlənən isə Matteys de Liqt oldu. Ardınca 35-dəqiqədə Hakim Ziyeş "Ayaks"ı hesabda daha da irəli çıxardı.

İkinci hissənin əvvəlində (55-ci dəqiqə) "Tottenhem"in futbolçusu Lukas Moura komandasını ümidləndirdi, cəmi 4 dəqiqə sonra isə Moura hesabı bərabərləşdirdi. Son dəqiqəyəcən qeyri-mümkün görsənsə də, Moura oyuna əlavə olmuş dəqiqələrdə (90+6) qol vurdu və komandasını finala çıxardı.

Beləliklə, 2018-2019-cu il mövsümü UEFA Çempionlar Liqasının final matçı "Liverpul" və "Tottenhem" komandaları arasında keçiriləcək. Oyun iyunun 1-də Madriddə, "Vanda Metropolitano" stadionunda keçiriləcək.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar