Mosulu məcburi tərk edənlərin sayı 217 min nəfərə çatır
20.02.2017 675 0.0 0

Mosulun İŞİD terrorçularından azad edilməsi ilə bağlı keçirilən hərbi əməliyyatlarla əlaqədar şəhəri məcburi tərk edən sakinlərin sayı 217 min nəfərə çatır.
 
TASS agentliyinə istinadən verilən məlumata görə, bu barədə BMT-nin humanitar məsələlərin koordinasiyası üzrə İdarəsindən bildirilib.
 
Məlumata görə, şəhəri tərk edən sakinlərdən 57 mini evlərinə dönə bilib, təqribən 550 min nəfər isə hərbi əməliyyatlar getdiyi zaman şəhərdə qalıb.
 
İraqın Mosul şəhəri 2014-cü il, iyunun 10-da İŞİD silahlıları tərəfindən ələ keçirilib.  Ötən gün Mosul şəhərinin qərbinin İŞİD terrorçularından azad edilməsi əməliyyatı başlayıb. Mosulun qərb hissəsi üç aydır ki, İraq ordusunun mühasirəsindədir. Şərqi Mosul isə ABŞ-ın rəhbərlik etdiyi koalisiyanın dəstəyi ilə keçən ilin oktyabrında başlayan əməliyyat nəticəsində terrorçulardan azad edilib. Mosulun azad edilməsi əməliyyatı 17 oktyabr 2016-cı ildə başlayıb./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar