Mosulda İŞİD komandirlərinin gizli görüşü zamanı güclü partlayış olub
31.10.2016 471 0.0 0

İraqın Mosul şəhərinin mərkəzində İŞİD terror qruplaşmasının komandirlərinin görüşü zamanı güclü partlayış baş verib.

Bu barədə RİA "Novosti"yə istinadən xəbər verir.

Mosulun yerləşdiyi Naynava vilayətindən olan mənbənin "Al Sumaria" telekanalına verdiyi məlumata görə, yerli sakinlər partlayış nəticəsində terror qruplaşmasının bir sıra komandirlərinin, o cümlədən İŞİD lideri Əbu Bəkr əl-Bağdadi ilə birbaşa bağlı olan elit batalyon komandirlərinin öldüyünü bildiriblər.

Partlayışın hansı qüvvələr tərəfindən törədildiyi dəqiqləşdirilməyib./repot/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar