Mosul yaxınlığında İŞİD-in böyük tuneli aşkarlandı-VİDEO
26.10.2016 684 0.0 0

İŞİD terror təşkilatına məxsus böyük tunel aşkarlanıb. APA TV-nin məlumatına görə, Mosul əməliyyatı davam etdikcə terrorçular nəzarət etdikləri əraziləri qoyub geri çəkilir.


Mosulun cənub-şərqində 30 kilometrlik məsafədə yerləşən Karemlaş şəhərində yerləşən bir monastrda İŞİD terrorçularının istifadə etdiyi tunel ortaya çıxıb. Terrorçular bu tuneldən təchizat və rabitə əlaqəsi yaratmaq məqsədi ilə yararlanıblar.

İraq ordusunun mətbuata verdiyi açıqlamada tunelin yüzlərlə metr uzandığı və Mosul şəhərinə doğru getdiyi bildirilib.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar