Mosul yaxınlığında daha 8 kənd İŞİD-dən azad edilib
05.12.2016 616 0.0 0

İraqın Mosul şəhəri yaxınlığında daha 8 kənd  İŞİD terrorçularından azad edilib.
 
RİA Novosti agentliyinə istinadən verilən xəbərə görə, bu barədə İraq Müdafiə Nazirliyi məlumat yayıb.
 
Bundan başqa, terrorçuların istifadə etdikləri  dörd yeraltı tunel aşkarlanaraq məhv edilib.
 
Mosulun terrorçu İŞİD qruplaşmasından azad edilməsi əməliyyatı oktyabrın 17-də başlayıb. Əməliyyatda İraq ordusu, Kürd peşmərgə birləşmələri, yerli özünümüdafiə dəstələri və ABŞ-ın rəhbərliyi altında beynəlxalq hərbi-hava qüvvələri iştirak edir.
 
Xatırladaq ki, Mosul şəhəri 2014-cü ilin iyunundan İŞİD-in nəzarətinə keçib./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar