Moskvanın mərkəzində atışma- FTX-nın əməkdaşı öldü- VİDEO
19.12.2019 553 0.0 0

Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) binası önündə silahlı insident baş verib.

Qazeta.info APA-ya istinadla bildirir ki, Moskvanın mərkəzində silahlı insident zamanı Federal Təhlükəsizlik Xidmətinin (FTX) bir  əməkdaşı həlak olub. 

Bildirək ki, bu barədə Rusiya FTX-nin İctimaiyyətlə Əlaqələr Mərkəzi məlumata yayıb.

Baş vermiş insidentlə əlaqədar Bolşaya Lubyanka küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılıb. Eyni zamanda metronun Lubyanka stansiyasına giriş-çıxışa məhdudiyyət qoyulub. 

Qeyd edək ki, Rusiya KIV-lər hadisə nəticəsində üç nəfərin öldürüldüyü barədə məlumat yayıb.

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar