Moskvada partlayış qorxusu
19.02.2016 659 0.0 0

Rusiya paytaxtı Moskvada yerləşən iri ticarət mərkəzinlərində müştəriləri evakuasiya edilib.

Məlumata görə, hadisə zamanı obyektlərdə olan minlərlə müştəri təxliyyə edilib. Rusiya xəbər agentlikləri təxliyyənin partlayış qorxusu altında baş verdiyini bildirib.

 

Ticarət mərkəzi boşalır 



Hüquq-mühafizə orqanları partlayıcı qoyulması barədə xəbər verəni axtarır
Moskvanın mərkəzində yerləşən “Aşan” hipermarketlər şəbəkəsi və MUM müştəri və işçiləri bomba həyacanına görə təxliyə olunub. Nəmalum şəxs polisə zəng edərək həmin yerlərə partlayıcı qoyulduğu barədə xəbər verib.

Boşaldılan mərkəzlərdə hazırda partlayıcı axtaran istehkamçılarla yanaşı kinoloqlar çalışır. “Aşan” hipermarketlər şəbəkəsinin on bir mərkəzində bomba axtarışları aparılır. Hüquq-mühafizə orqanları partlayıcı qoyulması barədə xəbəri verən şəxsin axtarışlarına başlayıb.

Rusiya Fövqəladə Hallar Nazirliyinin Moskva şəhər idarəsindən verilən məlumata görə, hazırda ticarət mərkəzlərinin girişində təcili yardım maşınları və yanğınsöndürənlər növbə tutublar.

 


Ticarət mərkəzini tərk etmiş müştərilər


Analoji hadisə fevralın 13-də də Rusiya paytaxtında baş verib. Rus KİV-lərinin yazdığına görə, Rusiya paytaxtı Moskvada yerləşən üç iri ticarət mərkəzinə - "Afimoll-siti", "Atrium" və "Belaya daça" ticarət mərkəzinə terror hücumu olacağı ilə bağlı məlumat daxil olub. Bundan sonra mərkəzin müştəriləri evakuasiya olunublar. Daha sonra məlumatın yalan olduğu bəlli olub./anspress/

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar