Moskvada öldürülən azərbaycanlının kimliyi məlum olub
19.09.2017 788 0.0 0

Moskvada odlu silahdan açılan atəş nəticəsində öldürülən azərbaycanlının kimliyi məlum olub.

 

REN TV-yə istinadən verilən xəbərə görə, bu, qara və əlvan metalların alışı və satışı ilə məşğul olan iş adamı, 49 yaşlı Rəhman Əliyevdir.

 

Şahidlərin sözlərinə görə, R.Əliyev avtomobilini Xarkov keçidində saxlayaraq yaxınlıqda yerləşən anbarlara tərəf gedib. Bir neçə güllə yarası alan R.Əliyev hadisə yerində keçinib.

 

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır. /apa/

 


 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar