Tarix: 05.12.2016,   Saat: 04:25, Bazar ertəsi.          

Moskvada məsciddə toqquşma: vəhabilər namaz qılan azərbaycanlılara hücum etdi - VİDEO

Moskvanın Cümə məscidinə Məhərrəmlik ayı ilə əlaqədar toplaşan şiələrə hücum olub.

 

Qazeta.info bildirir ki,  Lent.az-ın Rusiyanın paytaxtındakı mənbələrin verdiyi xəbərə görə, bu gün 20 radələrində Mir prospektində  yerləşən Cümə məscidinə 30-dək vəhabi təriqətinə aid  şəxslər hücum edib .  

 

Onlar qapıları sındıraraq məscidə daxil olaraq namaz qılan şiələri döyməyə başlayıblar. Məscidin ətrafında olan 20-ə yaxın polis hücumun qarşısını ala bilməyib.

 

Məscid rəhbərliyinin hücum edənlərə sakitləşmək çağırışı nəticəsiz qalıb.

 

Bundan sonra hadisə yerinə 50-dək “OMON”-çu gəlib. Polis əməkdaşları Moskva “Əhli Beyt” cəmiyyətinin rəhbəri Nizami Baloğlanovu saxlayıb. Lakin, məsciddə toplaşan dindarların təzyiqindən sonra o sərbəst buraxılıb.

 

Hazırda məsciddə gərginlik davam edir.

 

Hücum edənlə insident sonra hadisə yerindən uzaqlaşıblar. 

 



  Bölmə: Manşet | Baxış sayı: 590 | Tarix: 05.10.2016, 00:00


Xəbərlər