Moskvada azərbaycanlı biznesmenə güllələndi-VİDEO
04.02.2016 2699 0.0 0

 

Moskvada azərbaycanlı biznesmen öldürülüb. APA TV-nin Vesti.az-a istinadən xəbərinə görə, qətl Moskva şosesində, "Arqo" kafesinin yaxınlığında törədilib.


Yerli vaxtla saat 23:10-da həmin yolda hərəkətdə olan "Mercedes" "Chevrolet Lacetti" markalı avtomobildə olan naməlum şəxslər tərəfindən atəşə tutulub.

 

"Mercedes"ə ən azı on güllə atılıb. Həmin güllələrdən 6-sı sükan arxasında olan azərbaycanlıya dəyib və o, hadisə yerində keçinib. "Chevrolet Lacetti" isə oradan uzaqlaşıb.

Ölən şəxsin 42 yaşlı Azərbaycan vətəndaşı olduğu bildirilir, onun ad və soyadı isə açıqlanmır. Onun meyvə-tərəvəz biznesi ilə məşğul olduğu deyilir.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar