Moskvada Azərbaycan vətəndaşı güllələnərək qətlə yetirilib - VİDEO
19.09.2017 1380 0.0 0

Moskvanın cənubunda Azərbaycan vətəndaşı başından güllələnərək qətlə yetirilib.

TASS-a istinadən xəbər verlir ki, bu barədə bazar ertəsi hüquq-mühafizə orqanlarıdakı mənbə məlumat verib.

İlkin məlumata görə, qətl sifarişlə yerinə yetirilib.

"Yaxından güllələnən kişinin meyiti paytaxtın Qərbi Birülevo rayonundakı Xarkov keçidində aşkar olunub", - deyə agentliyin həmsöhbəti bildirib.

Onun məlumatına görə, qətl sifariş xarakterlidir, ölən şəxs isə Azərbaycan vətəndaşıdır.

Rusiya Daxili İşlər Nazirliyinin Moskva üzrə Baş İdarəsinin mətbuat xidməti TASS-a faktı təsdiq edib, lakin hadisənin təfərrüatları barədə məlumat verməyib.

Hadisə yerində istintaq-əməliyyat qrupu işləyir.

Yerli KİV öldürülən şəxsin Əliyev Rəhman Muxtar oğlu olduğunu yazıb./Report/

 

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar