Moskva və Peterburqda silsilə partlayışlar törətməyi planlaşdıran 10 terrorçu saxlanılıb- VİDEO
12.11.2016 752 0.0 0

Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) əməkdaşları  Moskva və Sankt-Peterburqda partlayışlar törətməyi planlaşdıran terror qruplaşmasının 10 üzvünü saxlayıb.

 

“RİA Novosti”yə istinadən verilən xəbərə görə, bu barədə FTX-nın mətbuat xidmətindən bildirilib.

 

Məlumata görə, silahlılar avtomat silahlardan və kustar üsulla hazırlanmış partlayıcı qurğulardan istifadə etməklə silsilə rezonanslı terror aktları törətməyi planlaşdırıblar.  

 

Əməliyyat zamanı terrorçulardan 4 ədəd partlayıcı qurğu, rabitə vasitələri, odlu silahlar və döyüş sursatları aşkarlanaraq götürülüb.    

 

Qruplaşma üzvlərinin hamısının Mərkəzi Asiya ölkələrin vətəndaşları olduğu bildirilir.

 

Əməliyyat Tacikistan və Qırğızıstan xüsusi xidmət orqanlarının əməkdaşları ilə birgə keçirilib.  

 

Saxlanılanlar İŞİD terror qruplaşmasının başçıları ilə əlaqədə olduqlarını etiraf ediblər.  /apa/

 

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar