Moskva Qarabağı İrəvandan alır
01.04.2015 1029 0.0 0

Ermənistan mətbuatı Rusiya Dövlət Dumasının spikeri Sergey Narışkinin İrəvana səfərinin əsl səbəbi haqda məlumat yayıb. 

Məlumata görə, erməni jurnalistlər Narışkinin səfərində məqsədin rəsmi İrəvana yeni hədələr irəli sürmək olduğunu yazır. Moskva İrəvana bundan sonra da Avropa Birliyinə üzvlüklə bağlı danışıqların aparılmaması ilə bağlı təzyiq edəcək. 

Ermənistan rəhbərliyinin ölkənin Gömrük İttifaqına üzvlüyündən sonra inteqrasiya məsələsinin ləng getməsindən qorxaraq üzünü yenidən Avropaya tutmaq istədiyi deyilir. Erməni mətbuatı Ermənistanın Gömrük İttifaqına üzvlüyündən sonra ölkənin onsuz da gərgin olan iqtisadi vəziyyətinin daha da acınacaqlı hala gəldiyini yazır. Rusiyada yaşayan erməni miqrantların vəziyyəti o dərəcədə psiləşib onların ailələri Rusiyaya pul göndərirlər ki, miqrantlar Ermənistana qayıtmayaraq Rusiyada qalsınlar. Gömrük İttifaqı layihəsinin iflasa uğradığı və Rusiyanın bu layihə adı altında sonuncu resurslarını da Ermənistanın əlindən aldığı bildirilir. 

Narışkinin Serj Sarkisyan qarşısında Qaqik Sarukyanı yenidən siyasətə qaytarmaq tələbi qoyacağı da yayılan xəbərlər arasındadır. Rusiya Qaqik Sarukyanın əli ilə Serji yenidən "vuracaq". Ermənilər bir fikirdə yekdildirlər. Ermənistan Gömrük İttifaqına üzv olmaqla həlledici səhvə yol verdi. Bu onlara Dağlıq Qarabağda nəzarəti itirmək bahasına başa gələcək./anspress/

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar