Moskva meriyası Rusiyanın Suriyada hərbi əməliyyatlarda iştirakının əleyhinə mitinqə icazə verməyib
11.11.2016 539 0.0 0

Moskvada Rusiyanın Suriyada hərbi əməliyyatlarda iştirakının əleyhinə mitinqin keçirilməsinə icazə verilməyib.

 

Məlumata görə, bu barədə "5 Dekabr Partiyası"nın rəhbərlərindən olan Sergey Davidis məlumat verib. 
 

O, Moskva meriyasının noyabrın 20-ə planlaşdırılmış mitinqin keçirilməsinə icazə vermədiyini bildirib. S. Davidis meriyanın bu qərarı ilə bağlı aksiya təşkilatçılarının məhkəməyə müraciət edəcəklərini də qeyd edib. 
 

Qeyd edək ki, Rusiyada müxalifət partiyaları- "PARNAS", 5 Dekabr Partiyası", Libertarian Partiyası, habelə "Həmrəylik" və "İnsan haqları uğrunda" hərəkatları Moskvanın Suriyada hərbi əməliyyatlarda iştirakının əleyhinə aksiya keçirməklə bağlı Moskva meriyasına müraciət ünvanlayıb. Aksiya təşkilatçıları mitinq keçirməklə bağlı niyyətlərini Rusiyanın daxilində olduqca böyük problemlərin olması ilə izah ediblər./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar