Moskva İrəvana silah göndərməyə başladı
03.05.2016 571 0.0 0

"Rusiya kredit razılaşmasına əsasən, artıq Ermənistana silah göndərməyə başlayıb."

Məlumata görə, bunu Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Artsrun Ovannisyan bildirib.

Ermənistan rəhbərliyi aprelin 15-də Rusiyanın İrəvana 200 milyon dollar dəyərində hərbi məhsulların alınması üçün nəzərdə tutulan dövlət xətti ilə verilən ixrac kreditinin reallaşmasına dair layihəni təsdiq edib. Aprelin sonunda Ermənistan müdafiə naziri Seyran Ohanyan razılaşmaların imzalanmasına dair işlərin getdiyini bildirmişdi./anspress/

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar