Moskva Azərbaycan yeməkləri verən restoranın işçisinin meyiti tapıldı-VİDEO
11.07.2016 1589 0.0 0

Rusiyada Moskva çayında torbanın içərisində meyiti aşkarlanan şəxsin kimliyi müəyyənləşdirilib. Məlumata görə, cəsəd “Şeş-beş” restoranlar şəbəkəsi rəhbərinin sürücüsünə məxsusdur. 

İstintaqın versiyasına görə, onun öldürülməsinə səbəb biznes məsələlərindəki fikir ayrılığı ola bilər. Kişinin sifarişli qətlin qurbanı olduğu idda edilir.

Hadisə iyulun 9-da baş verib. Moskva çayının Lujnetski sahilindən keçən ərazisində yataq dəstinə büükülərək, torbaya qoyulub çaya atılan meyit aşkarlanıb. Kişinin əynində göy kostyum olub, saçları qaradır, orta bədən quruluşuna malikdir. Meyitə ilkin baxış zamanı onun üzərində zorakılıq əlamətləri görünüb, belə ki, naməlum kişi başaıandan güllələnib.

Faktla bağlı cinayət işi qaldırılıb, onun ad və soyadı hələ ki açıqlanmır.

“Şeş-beş” restoranlar şəbəkəsində Azərbayacan mətbəxinin təamları təklif edilir. iddiaya görə, bu restoran azərbaycanalı iş adamına məxsus olub. İş adamının özü isə bir neçə il öncə qətlə yetirilib. /anspress.com/

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar