Morales Argentinada Boliviyanın sərhədi yaxınlığında yaşayacaq
14.12.2019 421 0.0 0

Boliviyanın sabiq prezidenti Evo Morales Argentinanın San-Ramon-de-la-Nueva-Oran şəhərində yaşayacaq.

"RİA Novosti"yə istinadən verilən məlumata görə, E.Moralesin yaşayacağı şəhər Boliviya sərhədi yaxınlığında yerləşir.

Bildirilir ki, Boliviyanın sabiq prezidenti şəhərdə gələn həftə məskunlaşacaq və oradan öz partiyasının 2020-ci il seçkilərində prezidentlik kampaniyasına rəhbərlik edəcək.

Məlumata əsasən, orada həmçinin sabiq vitse-prezident Alvaro Qarsiya Linera və sabiq perzidentlə işləyən digər şəxslər yaşayacaq./Trend/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar