Mmüəllim 10 yaşlı şagirdi avtomobillə vurub
29.09.2016 551 0.0 0

Ağdaş rayonunda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

 

Xəbərə görə hadisə Ağdaş şəhərində qeydə alınıb.

 

Ağdaş Dövlət Hümanitar Kollecinin tarix müəllimi Rəcəb Vəliyev idarə etdiyi minik avtomobili ilə hərəkətdə olarkən yolu keçmək istəyən piyada, 2006-cı il təvəllüdlü Həsənov Mehdi Bəhruz oğlunu vurub.

 

Orta məktəbin 5-ci sinif şagirdi olan Mehdi Həsənov müxtəlif dərəcəli bədən xəsarətləri ilə Ağdaş rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Həkimlərin səyi nəticəsində uşağı xilas etmək mümkün olub. Hazırda məktəblinin uşaq travmatologiya şöbəsində müalicəsi davam etdirilir.

 

Faktla bağlı Ağdaş Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar