Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Goranboyda vətəndaşlarla görüşəcək
19.01.2017 743 0.0 0

 Əmlak Məsələləri Dövlət Komitəsinin (ƏMDK) sədri Kərəm Həsənovun Goranboy rayonunda keçirəcəyi vətəndaş qəbulunun tarixi dəyişdirilib.
Komitənin mətbuat xidmətindən bildirilib ki, vətəndaş qəbulu yanvarın 28-i tarixinə keçirilib. Qəbulda Goranboy, Bərdə və Yevlax rayonlarından olan vətəndaşların müraciətlərinə baxılacaq.
Qəbulda qeyd olunan rayonlardan olan vətəndaşlar iştirak edə bilər. Komitə sədrinin vətəndaşlarla görüşündə yalnız ƏMKD-nın fəaliyyət sahələrinə aid olan müraciətlərə baxılacaq.
Qəbula yazılmaq istəyən vətəndaşlar Komitənin office@emdk.gov.az elektron ünvanına yaza və Komitənin Aparatı (012) 490 24 08 (daxili 105 və 200) ilə əlaqə saxlaya bilərlər./Report/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar