MKİ başçısı ABŞ üçün əsas təhlükələri açıqlayıb
26.07.2017 535 5.0 0

"Terrorizm və Şimali Koreya yaxın perspektivdə ABŞ-ın təhlükəsizliyi və maraqları üçün əsas təhlükədir". 

 

 

RİA "Novosti"yə istinadən xəbər verilir ki, bunu Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) direktoru Mayk Pompeo bildirib. 

"Bunlar müxtəlif təhdidlərdir, bizim onlara cavabımız da müxtəlif olmalıdır. Amma bu gün onların hər biri qarşımızdadır. Belə ki, yaxın perspektiv haqqında danışsaq, mən bu iki təhdidi birinci yerə yerləşdirdim", - MKİ başçısı "Washington Free Beacon" nəşrinə müsahibəsində deyib.

Onun sözlərinə görə, ABŞ prezidentinin yeni administrasiyasının KXDR-a qarşı siyasəti yeni kəşfiyyat məlumatlarına əsaslanıb və onlara əsasən Pxenyan nüvə başlıqlarının köməyi ilə yaxın illərdə ABŞ-a zərbə vura bilər.

"Bu, həqiqətən riskdir. Belə ola bilər ki, onlar raketi nüvə başlığı ilə təchiz edərək atəş acacaqlar. Bu, pisdir. Biz bunun qarşısını almalıyıq. Amma real təhlükə də ondadır ki, onlar etibarlı proqram hazırlayaraq özlərini düşməndən qoruyacağına əmin olacaqlar", - M.Pompeo vurğulayıb.

MKİ-nin direktoru həmçinin qeyd edib ki, ABŞ KXDR-in təhlükəsinə cavab missiyası üzrə mərkəz yaradıb: "Gözləyirik prezident bizə nə vaxt gəlib deyəcək ki, diplomatiya tükənib, onda biz ona bir neçə variant təqdim edə biləcəyik"./Report/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar