Mixalkov Azərbaycana gəlir
30.03.2015 991 0.0 0

Qazetaşinfo Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinə istinadla bildirir ki, Mart ayının 31-də Rusiya Kinematoqrafçılar İttifaqının sədri və Rusiya Mədəniyyət Fondunun prezidenti, kinorejissor Nikita Mixalkov Bakıya səfərə gələcək.

Qısamüddətli səfər zamanı Rusiya kinosunun ən böyük simalarından olan, "Beş gecə", "Piano üçün yarımçıq qalmış pyes" "Oblomovun həyatından bir neçə gün", "Şahidlərsiz", "Qara gözlər", "Urqa", "Günəşdən usanmışlar", "Sibir bərbəri", "12", "Günvurma" və bir çox başqa filmlərin müəllifi Nikita Mixalkov azərbaycanlı həmkarları ilə görüşəcək, ikitərəfli əməkdaşlığın genişləndirilməsi məsələləri ətrafında müzakirələr aparılacaq, paytaxtımızla tanış olacaqdır. 
Səfər çərçivəsində Kann, Venesiya kimi dünyanın ən nüfuzlu kino festivallarının qalibi, "Oskar" mükafatı laureatı Nikita Mixalkovun gənc kinematoqrafçılar üçün ustad dərsi təşkil olunacaqdır.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar