Misirdə İŞİD-in yerli lideri öldürülüb
01.04.2017 643 0.0 0

Misir hərbçiləri İŞİD terror qruplaşmasının yerli özəyinin liderlərindən birini məhv edib.  
 
TASS agentliyinə istinadən veril'n xəbərə görə, hava zərbəsi nəticəsində öldürülənin “Sinay əyaləti” ekstremist qruplaşmasının liderlərindən biri  Əbu əl-Ənsari  olduğu məlum olub.
 
İŞİD qruplaşması əl-Ənsarinin Sinay yarımadasında öldürüldüyünü təsdiqləyib.
 
Misir KİV-lərinin məlumatına görə, Əbu əl-Ənsari  İŞİD-ə sədaqət andı içən və əvvəllər “Ənsər Beyt əl-Makdis” adı ilə tanınan “Sinay əyaləti” qruplaşmasının yaradıcılarından biri olub.
 
Qeyd edək ki, Misir ordusu Sinay yarımadasının şimalında iki ilə yaxındır ki, ekstremist qruplaşmalara qarşı antiterror əməliyyatı həyata keçirir./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar