Misir səhrasında UNO izləri tapıldı – VİDEO
08.04.2016 961 0.0 0

Misirin paytaxtı Qahirənin şərqində yerləşən səhralıqda “Google Earth” vasitəsilə aşkara çıxarılan qəribə tikililər UNO (Uçan Naməlum Obyektlər) araşdırmaçılarının diqqətini çəkib.
 
Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, həndəsi dizayn ilə inşa edilən tikililərin bir nüvə sığınacağı, yaxud da raket mərkəzi olduğu təxmin edilir.
 
Bəzi UNO araşdırmaçıları isə onlarda yadplanetlilərin izlərini axtarmağa başlayıblar. Müxtəlif fərziyyələrin yaranmasına səbəb olan tikililərin videosu “Secureteam10” adlı “Youtube” kanalından paylaşılıb.

 

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar