Minimum əməkhaqqı orta əməkhaqqı səviyyəsinin 60%-nə çatdırılacaq
10.12.2016 1459 0.0 0

“2025-ci ildən sonrakı dövrdə yoxsulluq ünvanlı şəkildə tam aradan qaldırılacaq, keyfiyyətli səhiyyə xidmətlərinə və təhsilə çıxış imkanları genişləndiriləcək”.

 

Bildirək ki, bu barədə məlumat Azərbaycanın milli iqtisadiyyat perspektivi üzrə strateji yol xəritəsində yer alıb.

 

Sənəddə qeyd edilib ki, ötən on il ərzində keçilmiş yolu davam edərək, dövlət iqtisadi inkişafın ən yoxsul insanları əhatə etməsini və beləliklə də ünvanlı olaraq yoxsulluğun aradan qaldırılmasını təmin edəcək.

 

“2025-ci ildən sonrakı dövrdə yoxsulluq probleminin həllinə iki yanaşma olacaq: layiqli iş yerlərinin sayının artırılması; əməkhaqqı və digər gəlirləri ilə ən zəruri ehtiyaclarını ödəyə bilməyən insanlara ünvanlı sosial dəstək. Minimum əməkhaqqı məbləğində tədrici artım işləyən yoxsul insanların xüsusi çəkisini minimuma endirəcək. Xüsusən də minimum əməkhaqqı orta əməkhaqqı səviyyəsinin 60 faizinə yaxınlaşacaq”, - deyə sənəddə vurğulanıb. /APA/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar