Milyarderin Qarabağı unudub, ermənilərlə ailə qurulması haqda dediklərinə yenidən reaksiya
10.06.2015 939 0.0 0

 

Ötən gün mətbuatda Rusiyada yaşayan azərbaycanlı milyarder "Qarabağ problemini unudaq, ermənilərlə azərbaycanlılar ailə qursunlar" kimi fikirlərin müəllifi olduğu söylənilən Söyün Sadıqov sosuial şəbəkələrdə kəskin tənqidə tuş gəlib.Qazeta.info bildirir ki, qeyd edilən fikirlərə görə Söyün Sadıqovu kəskin tənqid edən Mirəşrəf Fətiyev məsələ ilə əlaqədar mətbuata yeni açıqlamalar verib.Həmin  müsahibəni təqdim edirik: 

Mirəşrəf Fətiyev “Söyün Sadıqov təslimçi mövqeli, məsuliyyətsiz birisidir”. Dünya Azərbaycanlıları Konqresinin İdarə Heyətinin üzvü Mirəşrəf Fətiyev müsahibəsində Söyün Sadıqovun Azərbaycana xəyanətini sübut edən faktları açıqlayıb.Həmin müsahibəni təqdim edirik: 

- Mirəşrəf bəy, Söyün Sadıqov mətbuata verdiyi son açıqlamalarından birində Sizin şəxsiyyətinizi aşağılayıcı fikirlərlə diqqət mərkəzinə gəldi. O, sizin vətənpərvərliyinizə şübhə etdiyini yazdı. Bəlkə, baş verənlərə aydınlıq gətirəsiniz? 

- Söyünün haqqımda dediyi cəfəngiyatla bağlı fikirlərə münasibət bildirməkdənsə, mən sizin vasitənizlə hər kəsə bu şəxsin nəyə qulluq etdiyini sübut edən bir sıra faktları sadalamaq istərdim. Hörmətli oxucular, əgər Söyünün ictimai fəaliyyətinin bir neçə fraqmentilə tanış olsalar, “qəhrəman” haqda əlavə söz deməyə ehtiyac olmayacaq. İstərdim 24 oktyabr 2012-ci ildə Ermənistan Azərbaycan diaspor üzvlərinin görüşü zamanı "Azərros"un eks prezidenti Söyün Sadıqovun dediyi fikirləri heç bir təhrif edilmədən sizə təqdim edim. Buyurun tanış olun: 

“Bizim Rusiyada azərbaycanlı və ermənilərin birgə yaşayıb, birgə işləməyindən xəbərimiz var. Ermənilərlə azərbaycanlıların yenidən ailə həyatı qurmalarından da xəbərdarıq və bu məni sevindirir!!!

Hörmətli ağsaqqallar və gənclər, sizdən xahiş edirəm erməni-Azərbaycan münaqişəsini kənara qoyun, ancaq birgə fəaliyyətimizlə bağlı təkliflər edin!!!

Qarabağ problemi Azərbaycan və Ermənistanın problemləridir. Bu problemi Rusiyadakı erməni və Azərbaycan icmaları unutmalıdır. Gəlin unudaq bu münaqişəni. Gəlin ermənilərlə azərbaycanlıların birgə ailələrini yaradaq” 

“Bu görüş kimin xoşuna gəlmir, özü bilər. Biz sivil insanlarıq....”

Əsəbiləşdirdi, deyilmi? Bəlkə də bu “təkliflərin” müəllifinin soyuna belə söydünüz. Amma SOYuna söyməyin, Söyünə söyə bilərsiz... Niyə də söyməyəsiz?! Bu sətirləri oxuyanda adamın gözü önündə nələr durmur? Söyün Sadıqovdur bu satqınlıq, qorxaqlıq, təslimçi mövqenin müəllifi!!! Yox, o pasifist deyil, o humanist də deyil, onu “Bakını ermənisiz bir başqa” sayan tolerant Rüstəm İbrahimbəyov, “Daş Yuxular”a haqq qazandıran yazıçı Çingiz Hüseynova bənzətmək də sadəlövhlükdür. O məsuliyyətsiz və xaindir!!! – “Gəlin unudaq bu münaqişəni. Gəlin ermənilərlə azərbaycanlıların birgə ailələr qurmasına kömək edək” – Dəhşət!!!!! Hə, bəlkə, bu təklifə də haqq qazandıraq?!! Söyün üçün bu sətirlərə cavab məqaləsi yazacaq xain və bədxahlar, yəni, bu qədərmi vicdanı unudub, Söyünə söyməyəcəksiz. Yəni kreslo həvəsi, yəni, şəxsi mənafeni bu qədərmi hər şeydən üstün tutacaqsız? Əlbəttə, tutacaqsız, çünki “eşşəyə minmək bir eyib, düşmək iki eyib” deyirlər. Siyavuş Novruzov demişkən, “xaş yeməkdən başı kəllə paçaya” bənzəyən fiqurunuzu müdafiə edəcəksiniz...

- Belə çıxır ki, Söyün Sadıqov öz xalqına münasibətdə xəyanətkar mövqedədir?

– Yuxarıdakı fikirlərin müəllifi necə özünə vətənpərvər deyə bilər axı. Yəni Söyün bu qədərmi o uca kəlmənin nə olduğunun fərqində deyil?

“Qarabağ problemi Azərbaycan və Ermənistanın problemləridir. Bu problemi Rusiyadakı erməni və Azərbaycan icmaları unutmalıdır. Gəlin unudaq bu münaqişəni.” – MƏSULİYYƏTSİZLİK!!! TƏXRİBAT!!!! Yəni bu üfunət dolu fikri ifadə edən “mən Azərbaycanın maraqlarını müdafiə etmişəm ömrüm boyu” deyə də bilərmiş!!!! Yeri gəlmişkən, Söyün, Allah səni arzuna çatdırmadı, - öz xalqına məsləhət bildiyin erməni – Azərbaycan izdivaclarını deyirəm. Kaş qapına o vaxt erməni elçi gələydi. Bəlkə, onda sənə hörmətim daha da artardı. Axı sən xalqına rəva bildiyini ilk növbədə özünə rəva bilibsən ömrün boyu... Amma gəlsəydi, sən bu gün də səhnədə olacaqdın, sən bu gün də özündə üz tapıb, Vətəndən danışacaqdın, xalqın qəhrəmanı kimi özünü öyəcəkdin. Səhnə və tribuna o qədər sənə vacibdir ki, ora nə üzlə çıxacağını isə fikirləşmirsən, çünki MASKANI TAXMAĞA İNSANDA ÜZ OSLUN GƏRƏK, O DA Kİ SƏNDƏ YOXDUR, sən üzünü itirmisən!!! 

- Söyün Sadıqov Sizi səfir Polad Bülbüloğlunun sifarişilə ona hücum etməkdə ittiham edir. Bu ittihamlarla bağlı nə deyə bilərsiniz? 

– Bir daha qeyd edim ki, Söyün Səfirin adını gündəmə gətirməkdə şəxsən özü sifariş yerinə yetirir. Azərbaycan rəhbərliyi də, diaspor da Söyünə kimlərin dirijorluq etməsi haqda xəbərdardır və düşünürəm ki, bunun yaxşı nəticəsi olmayacaq. Mənə gəldikdə isə, mən Moskva şəhərində Səfirimizin etimadını qazanmış, onun hörmət etdiyi şəxslərdən biriyəm. Sözsüz ki, cənab Bülbüloğlu ilə aramızda qarşılıqlı hörmət var. Görəsən, mən Azərrosdan istefa verəndə Söyün mənim addımlarımı səfirin göstərişi ilə niyə əlaqələndirmədi??!! Deməliyəm ki, Söyün Səfir Polad Bülbüloğluna “dirijor”unun köməyi ilə artıq mətbəxin içində baş verənlərə “istinad” edib, ləkə yaxmağa cəhd edir. Ona bir neçə sualım var: - Söyün, Sən deyildinmi, “səfiri Prezident təyin edib, “onun elçisinə söz atmaq ona söz atmaq kimidir” deyən”???!!!.. Səni oynadanların bu qədər qeyri-peşəkar olduğunu bilməzdim. Bir qrup qondarma kütləyə ancaq sən diaspor deyə bilərsən, bir də sənin bənzərlərin, amma səfir yox. Legitimliyi olmayan bir qrupa ancaq sən təşkilat deyə bilərsən, lakin səfir yox. Qapı arxasında qalanlardan ancaq sən və sənə dəstək olan destruktiv qüvvələr özünə “ordu” yaradır, səfir yox. Və nəhayət, intriqa və yalançı qəhrəman obrazı sənə və sənin ağana lazımdır, çünki məhz sənin kimilər özlərinə etimad axtarır, səfir yox. Əslində uzun illər nazir və səfir kimi prezidentimizin etimadını doğrultmuş Polad Bülbüloğlunun intriqalarda niyə də maraqlı olsun. Ümummilli lider Heydər Əliyev və cənab Prezident İlham Əliyev tərəfindən təltif edildiyi ali dövlət mükafatları, son günlərdə isə Rusiya Prezidenti Vladimir Putin tərəfindən Şərəf ordeni ilə təltif edilməsi səfirin hansı ideallara xidmətini sübut etmirmi!!??. 

- Amma Söyün Sadıqov da özünü milli maraqlara xidmət edən ictimai fəal kimi təqdim edir. Doğrudanmı, bu illər ərzində onun fəaliyyəti antiazərbaycan xarakterli olub? 

– Söyün deyir ki, həmişə Azərbaycanı müdafiə edib, onun maraqları ilə yaşayıb. Bu sözlərin heç bir dəyəri, sübutu yoxdur. Əksinə, ən strateji vacib məsələlərdə Söyün diasporu səhv istiqamətə sürükləyib. O, Gürcüstan – Cənubi Osetiya müharibəsi zamanımı Azərbaycanın xarici siyasi kursuna hörmət edib??? Yoxsa Ukrayna böhranındamı Azərbaycanın vəziyyətini anlayıb, dilini dinc saxlayıb???!!!....Bəlkə, Azərbaycanı daima tənqid atəşinə tutan Konstantin Zatulinləmi dəyirmi masalar keçirməyib, yoxsa Fəxrəddin Abboszodə kimi separatçılarla öz qərargahında fikir bölüşməyib???!!! Yoxsa ermənilərlə teledebatlara çıxıb savadsızlığınla özünü gülünc vəziyyətə qoymaqla xalqına “ayı xidməti” göstərməyib??!!!Yeri gəlmişkən, erməni icmasıyla görüş zamanı, - “Hörmətli ağsaqqallar və gənclər, sizdən xahiş edirəm erməni-Azərbaycan münaqişəsini kənara qoyun, ancaq birgə fəaliyyətimizlə bağlı təkliflər edin!!!” – deyir...

Ondan soruşmaq istəyirəm: - Söyün, 30 minə yaxın Azərbaycan oğlunu o dünyaya göndərən, 20 faiz torpağımızı qəsb edən, ana və bacılarımızı zorlayan erməni ordusunun baş qərargah rəisi olmuş general leytenant Norat Ter Qriqoryantsamı ağsaqqal deyirsən!!!!!???? Və sən bir tədbirdə bu qədər öz ölkənin və xalqının əleyhinə danışıb öz məsuliyyətsiz salnaməni yazırsansa, bütün həyatın boyu nə qədər belə cəfəng çıxışlara yol vermisən??? Əgər dövlətimiz və xalqımız əleyhinə etdiyin səhvləri saya bilməyi bacarsan, gələn dəfəki sifarişli yazında bunun hesabını göstərərsən!!!! Bəlkə, bağışlanman üçün “çalışanlar” insafa gəldi....Lakin../anspress/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar