Milli Şura mitinq keçirməyəcək
13.05.2015 633 0.0 0
Milli Şura Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) mayın 16-da mitinq keçirməklə bağlı təklifi qəbul etməyib.

 

AXCP sədrinin müavini Fuad Qəhrəmanlı  açıqlamasında bildirib ki, bu barədə qərar bu gün Milli Şuranın Koordinasiya Mərkəzinin toplantısında verilib.

 

Onun sözlərinə görə, Milli Şura BŞİH-i məhkəməyə verəcək. F. Qəhrəmanlı növbəti aksiya ilə bağlı BŞİH-ə yenidən müraciət edəcəklərini vurğulayıb.

 

Xatırladaq ki, Milli Şura mayın 17-də mitinq keçirmək üçün BŞİH-ə müraciət edib. BŞİH isə aksiyanın mayın 16-da keçirilməsini məqsədəuyğun hesab edib./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar