Milli Şura mitinq keçirib-radikal şüarlar səsləndirənlər həbs olunub-FOTO
05.04.2015 996 0.0 0

Aprelin 5-də müxalifət təşkilatları və ictimai fəalların birləşdikləri Milli Şura Bakıda - "Məhsul" stadionunda Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmış mintinq keçirib.

 

Bildirək ki, mitinq təyin olunan vaxtdan 15-20 dəqiqə keçsə də meydana çox az adam toplaşdığından bir az gez başlayıb

Mitinqin aparıcısı olan AXCP fəalı Əbülfəz Qurbanlı çıxış üçün ilk sözü AXCP sədri Əli Kərimliyə verib.

Ə.Kərimli hökumətin iqtisadi siyasətinni tənqid edərək bildirdi ki, manatın ucuzlaşması fonunda bir sıra sosial problemlərin daha çox qabardığını söylədi, hökuməti israfçılıq etməməyə çağırıb.

Çıxışında Ə.Kərimli sosial müdafiəyə ehtiyacı olan vətəndaşları düşünməyə çağırıb.

Mitinq iştirakçılarının bir neçə dəfə “İstefa” qışqırmasından vəcdə gələn AXCP sədri daha sonra açıq-aşkar populizmə yuvarlandı və ciddi səhv buraxdı: “Ölkədə sosial problemləri olan insanlar olduğu halda Madridin “Atletiko” klubuna sərmayə qoymaq lazım idimi?”

Amma Ə.Kərimli bir məqamı vurğulamağı unutdu (yaxud da bu, ona sərf etmədi) ki, “Atletiko”ya sərmayəni Azərbaycan hökuməti yox, azərbaycanlı iş adamı Hafiz Məmmədov qoyub. Digər tərəfdən, Çempionlar Liqasında oynayan “Atletiko”ya qoyulmuş sərmayə Azərbaycanın azı 2 milyardlıq auditoriyada effektiv reklamı deməkdir. Halbuki müxalifət özü də hökuməti bir vaxtlar Azərbaycanı xaricdə yetərincə təbliğ etməməkdə ittiham edirdi.

 

Mitinqin aparıcısı aksiya iştirakçılarına məlumat verərək dedi ki, ona verilən məlumata görə, aksiyanın keçirildiyi məkanın yaxınlığındakı çoxmərtəbəli binanın sakinləri etiraz əlaməti olaraq meydana guya kartof-soğan atıblar.

Daha sonra söz keçmiş deputat, bir vaxtlar iqtidarın alovlu tərəfdarlarından olmuş Gültəkin Hacıbəyliyə verildi. O, iddia etdi ki, verilən məlumatlara görə, aksiyaya gəlmək istəyənlər çox olub, amma onlar... gəlməyib.

G.Hacıbəyli də çıxışında neftin qiymətinin düşməyindən, sosial problemlərdən danışdı. Hökuməti təcili iqtisadi islahatlara başlamağa çağırdı.

G.Hacıbəyli dedi ki, hələ də gec deyil: "Azərbaycan hökuməti sosial-iqtisadi, hüquqi, siyasi islahatlara başlamalıdır. Müxalifət də meydanda olmalı və hökuməti bu islahatların həyata keçirilməsinə məcbur etməlidir. Hökumətdən ilk tələbimiz siyasi tələbdir. Siyasi məhbusları azad etmək lazımdır". 

 

Gültəkin Hacıbəylidən sonra çıxış edən Milli Şura üzvü Nurəddin Məmmədli ona ayrılmış vaxtı ümumi sözlərlə yola verməyə çalışdı.

Halbuki professor kimi təqdim edilən N.Məmmədlinin iqtisadi siyasətdən, ölkədəki iqtisadi vəziyyətdən danışacağı, konkret faktlar, çıxış yolları göstərəcəyi, təkliflər verəcəyi gözlənilirdi.

Daha sonra isə çıxış üçün söz Milli Şura üzvü Oqtay Güləliyevə verildi. O, çıxışında hökuməti siyasi məhbusları azad etməyə çağırdı.

 

Milli Şuranın sədri Cəmil Həsənli çıxışında bir çox sosial-iqtisadi problemlərə toxundu, hökuməti tənqid etdi, onu islahatlara çağırdı.

C.Həsənli bildirdi ki, bu gün ölkədə kredit böhranı var: "Ölkədə kredit borcu olmayan vətəndaşların sayı çoxdur. Onlar krediti biznes qurmaq üçün yox, ailələrini dolandırmaq üçün götürüblər. Devalvasiyadan sonra isə krediti qaytarmağa vəsait tapmırlar".

C.Həsənli çıxışında hökuməti siyasi məhbusları azad etməyə də çağırdı.

Daha sonra o, növbəti aksiyaların olacağını da bəyan edib müxalifəti həmin mitinqlərdə iştirak etməyə çağırdı. Bununla da aksiya başa çatdı.

 

Aksiya bitəndən sonra polis radikallıq edən mitinq iştirakçısını həbs edib.

Xəbərə görə, həbs olunan aksiya iştirakçısı polisin çoxsaylı xəbərdarlıqlarına baxmayaraq ölkə rəhbərliyinin ünvanına təhqiramiz şüarlar səsləndirməkdə davam etdiyi üçün saxlanılıb. Qeyd edək ki, mitinqin təşkilatçıları da bundan əvvəl aksiya iştirakçılarına müraciət edərək onları təxribatçı şüarlar səsləndirməməyə çağırmışdı./virtualaz.org/

 

 

 

 

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar